Vladimir Kramnikə sürpriz hədiyyə FOTO

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” superturnirinin təntənəli bağlanış mərasimi zamanı rusiyalı şahmatçı Vladimir Kramnikə hədiyyə təqdim olunub.

Azərbaycanlı şahmat həvəskarlarının xüsusi marağına səbəb olan keçmiş rusiyalı dünya çempionu Vladimir Kramnik bağlanış mərasimində sürprizlə qarşılaşıb. Belə ki, şəmkirli həvəskar rəssam Aynur Abdullayeva Vladimir Kramnikə idmançının portretini hədiyyə edib. Aynur Abdullayeva bildirib ki, bu portreti çəkməyə onu vadar edən Kramnikin Şəmkirə olan sevgisi və turnirin açlış mərasiminin gözəlliyindən təsirlənməsi olub.
Xanımın şəxsi əl işi olan portreti idmançıya Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təqdim edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right