“Shamkir Chess 2017”nin qalibi Məmmədryarov oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədryarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" turnirinin ardıcıl ikinci dəfə qalibi olub. 
Newsport.az-ın məlumatına görə, 32 yaşlı zəka sahibi buna son turda ağ fiqurlarla bolqarıstanlı Veselin Topalovla etdiyi heç-heçə sayəsində yiyələnib. Xallarını 5,5-ə çatdıran Məmmədyarov bütün rəqiblərini geridə qoymağı bacarıb. 
 
Turun digər görüşlərində Azərbaycanın daha bir təmsilçisi Teymur Rəcəbov rusiyalı Sergey Karyakinlə, hindistanlı Pentala Harikrişna ABŞ-dan olan Uesli So ilə, ingiltərəli Maykl Adams polşalı Radoslav Voytaşeklə xalları yarı bölüb - 0,5:0,5. Ukraynalı Pavel Elyanov isə ağ fiqurlarla rusiyalı Vladimir Kramnikə uduzub - 0:1.
 
Bu nəticələrdən sonra Məmmədyarovdan yarım xal geri qalan Kramnik, So və Topalov 2 - 4-cü yerləri tutub. Hərəyə 4,5 xala malik Karyakin, Voytaşek və Adams 5 - 7-ci yerlərdə qərarlaşıbsa, Rəcəbov 4 xalla 8-ci olub. Son iki pillədə isə hərəyə 3,5 xalı olan Elyanovla Harikrişna qərarlaşıb. 
 
Qeyd edək ki, "ShamkirChess" ardıcıl 4-cü dəfə keçirilib. İlk 2 turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olub

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right