Məhəmməd Məmmədli birinciliyin qalibidir

Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.

Newsport.az-ın məlumatına görə, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.

Kişilərin mübarizəsində günün son qalibi 62 kq çəki dərəcəsində müəyyənləşdi. Qızıl medala toplam 271 kq (123+148) nəticə ilə Məhəmməd Məmmədli sahib çıxıb. Gümüş medala 251 kq (121+130) nəticə ilə Kənan Xəlilov, bürüncə isə 227 kq (100+127) nəticə ilə Elməddin Hüseynov layiq görülüb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 62 kq. 20 yaşa qədər. A qrupu.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədli Məhəmməd 1997 İsmayıllı Zirvə 62.0 123 148 271
2. Xəlilov Kənan 1999 Neftçala Zirvə 61.7 121 130 251
3. Hüseynov Elməddin 2001 Şamaxı Zirvə 57.4 100 127 227
4. Məmmədov İsmayıl 2000 Lerik Zirvə 59.0 95 120 215
5. Abuzərli Cəbrayıl 2001 Bakı Təhsil 61.6 95 116 211
6. Ziyadov Xəyal 2001 Sumqayıt Təhsil 60.8 90 115 205
7. Qədirov Əhməd 1998 Neftçala Zirvə 60.7 88

Kişilər. 62 kq. B qrupu.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Abdullazadə Azad 1999 Lənkəran Təhsil 75 107 182
2. Babazadə Amin 1997 Lənkəran Təhsil 85 90 175
3. Heydərov Seymur 2001 Neftçala Zirvə 76 96 172
4. Cavadov Rahib 2001 Goranboy Zirvə 75 90 165
5. Həsənov Ruslan 2000 Gəncə Təhsil 70 90 160

62 kq. A qrupu. 23 yaşa qədər.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Kazımov İlkin 1994 Gəncə Təhsil 60.9 103 127 230
2. Əhmədov Esmin 1996 Gəncə Təhsil 61.2 95 121 216

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right