Şəhriyar Məmmədyarov liderliyini qorudu

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2017" turnirində VII tura yekun vurulub.
 
Newsport.az-ın məlumatına görə, turun heç bir görüşlərində qalib gələn olmayıb. 
 
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ağ fiqurlarla ingiltərəli Maykl Adamsla, Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla heç-heçə edib. Pavel Elyanov (Ukrayna) - Uesli So (ABŞ), Sergey Karyakin (Rusiya) - Vladimir Kramnik (Rusiya) və Pentala Harikrişna (Hindistan) - Radoslav Voytaşek (Polşa) qarşılaşmaları da eyni hesabla nəticələnib - 0,5:0,5. 
 
7 turdan sonra Məmmədyarov 5 xalla liderdir. Hərəyə 4 xala malik Topalov, So və Adams 2 - 4-cü yerləri bölüşür. Elyanov 3,5 xalla 5-ci pillədə qərarlaşıbsa, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek 3 xalla 6 - 9-cu, Harikrişna 2,5 xalla 10-cu yerdədir. 
 
Aprelin 29-da keçiriləcək 8-ci turda Voytaşek Məmmədyarovla, So Rəcəbovla, Kramnik Adamsla, Topalov Harikrişna ilə, Karyakin isə Elyanovla üz-üzə gələcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right