Açılış mərasimi keçirilib

Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.

Newsport.az-ın məlumatına görəyarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.

Bu gün yarışın açılış mərasimi keçirilib. Tədbirdə giriş sözü ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin məsul işçisi Fəxrəddin İsmayılov çıxış edib. O, bütün yarış iştirakçılarını və qonaqları salamlayıb. İsmayılov qeyd edib ki, idmançılar bu birincilikdə həm medallar uğrunda mübarizə aparır, həm də qarşıdakı İslam Oyunlarına hazırlıq və sınaq məqsədilə qüvvələrini sınayırlar. Natiq sonda onlara qarşıdakı bütün yarışlarda uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov çıxış edib. O, bildirib ki, təqvim planına əsaəsn keçirilən bu yarışın əsas məqamı qarşıdakı İslam Oyunlarına yollanacaq yığma komandanın heyətinin tam formalaşdırılmasıdır: “Bununla yanaşı, bu birincilik iyun ayında Yaponiyada keçiriləcək gənclər arasında dünya birinciliyi, həmçinin sentyabrda Albaniyada təşkil olunacaq Avropa birinciliyi öncəsi qüvvələr nisbətinə baxış xarakteri daşıyacaqdır. Bütün atletlərimizə uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin!”

Baş katib yarışları açıq elan edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Birincilik çəkisi 56 kq-a qədər olan atletlər arasında mübarizə ilə davam etdirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right