Gənclər arasında Azərbaycan birinciliyinə qadınlar start verdi

Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.

Newsport.az-ın məlumatına  görəYarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyən ediblər. Qızıl medala toplam 173 kq (77+96) nəticə və 273.32 Sinkleyr xalı ilə Səbinə İzmova layiq görülüb. Gümüş medalı 112 kq (52+60) nəticə və 166.99 xalla Lalə Rzazadə, bürünc medalı isə 116 kq (53+63) nəticə və 158.08 xalla Vəliyeva Günel qazanıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Qadınlar. A qrupu.

 

N

Adı

İl

Şəhər

Klub

Çəki

Birdən

Təkanla

Toplam

Xal

1.

Əzimova Səbinə

2000

Lənkəran

Zirvə

53

77

96

173

273.32

2.

Rzazadə Lalə

2001

Lənkəran

Zirvə

58

52

60

112

166.99

3.

Vəliyeva Günel

1997

Xırdalan

Zirvə

63

53

63

116

158.08

4.

Nəzərli Gülbəniz

2002

Lənkəran

Zirvə

48

44

53

97

153.24

5.

Abdürrəhmanova Fidan

1999

Lənkəran

Zirvə

90

50

70

120

134.57

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right