Məmmədyarov keçmiş dünya çempionunu yendi

Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2017" turnirində VI tura yekun vurulub. 
Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniki qara fiqurlarla məğlub edib. 6 saat 22 dəqiqə davam etmiş görüşdə Kramnik 70-ci gedişdən sonra təslim olub. 
 
Teymur Rəcəbov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib. Digər görüşlərdə ingiltərəli Maykl Adams hindistanlı Pentala Harikrişna ilə xalları yarı bölübsə, bolqarıstanlı Veselin Topalov ukraynalı Pavel Elyanovu, ABŞ təmsilçisi Uesli So rusiyalı Sergey Karyakini yenib.   
 
Beləliklə, sona 3 tur qalmış Məmmədyarov xallarını 4,5-ə çatdıraraq, liderliyini davam etdirir. Topalov, So və Adams hərəyə 3,5 xalla, Elyanov 3 xalla, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek hərəyə 2,5 xalla, Harikrişna isə 2 xalla sonrakı yerlərdə qərarlaşıb. 
 
VII turda Məmmədyarov - Adams, Elyanov - So, Rəcəbov - Topalov, Karyakin - Kramnik və Harikrişna - Voytaşek görüşləri keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right