Ümidləri doğrultmayan “dördlük” yenidən yığmada

Basketbolun 3X3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Newsport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Samit Nuruzadə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında güvənəcəyi heyəti müəyyənləşdirib.

 

Gənc çalışdırıcı İslamiadada 2 yerli və 2 legioner oyunçuya güvənəcək. Belə ki, Nuruzadə 1 il öncə Avropa çempionatında ümidləri doğrultmayan “dördlüy”ə yenidən dəvət göndərib. O, Oyunlar üçün Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesi sifariş edib.

 

Qeyd edək ki, Azərbaycan İslamiadada A qrupunda yer alıb. Komandamız mayın 18-də start götürəcək yarışda Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistanla gücünü yoxlayacaq. Yarışın qalibi mayın 21-də bilinəcək. (apasport.az) 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right