10 güləşçimiz Türkiyəyə gedir

Türkiyənin İzmir şəhərində aprelin 28-dən 30-a qədər Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə həsr olunan yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçiriləcək. 


Newsport.az xəbər verir ki, Hər üç növdə keçiriləcək turnirdə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edəcək. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qonşu respublikaya 10 güləşçimiz yollanıb.

Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Sevinc Əhədova, Alina Zakoyeva (hər ikisi 52 kq), Jalə Əliyeva (56 kq), Elnurə Məmmədova (60 kq) və Nigar Mirzəzadə (65 kq) yer alıb. 

Məlumat üçün bildirək ki, aprelin 21-dən Türkiyəyə yollanan yığma komandanın üzvləri Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir. 

Turnirin proqramına əsasən, 38, 46, 56, 65 kq çəkidə idmançılar ilk yarış günündə qüvvəsini sınayacaq. Aprelin 29-da 40, 49, 60 kq, son yarış günündə isə 43, 52 və 70 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizə aparacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right