Avropa çempionatında medal qazanan cüdoçularımız Bakıya qayıtdılar

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında böyük uğura imza atmış Azərbaycan cüdoçuları Vətənə qayıdıblar.

Newsport.az xəbər verir ki, mötəbər turnirdə 2 qızıl, 3 bürünc qazanan və medalların əyyarına görə kişilərin komanda hesabında ikinci olan millinin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
 
Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq), Elxan Məmmədov (100 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right