Boksçularımızdan 3 medal

Ukraynanın Herson şəhərində kişi boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. 

Newsport.az xəbər verir ki,Nikolay Manqerin xatirəsinə hər olunan yarışda Azərbaycanı təmsil edən “Gilan” klubunun idmançıları 3 medal qazanıblar.

Hersona yollanan 9 həmyerlimizdən Tural Əhmədov, Seymur İsayev (hər ikisi 60 kq) və Sadiq Səmədov (+91) yarımfinalda uduzduqlarından bürünc medalla kifayətləniblər. Cavad Quliyev (64 kq), Pərviz Hüseynov (69 kq), Elvin Məmmədov (75 kq), Elxan Əliyev (81 kq), Heydər Heydərov (91 kq) və Asəf Aslanlı (+91 kq) isə turnirdə ilk döyüşdə məğlub olublar.

apasport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right