Məmmədyarov Rəcəbova xal verib liderliyini qorudu FOTOLAR

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2017" superturnirində 4-cü tura yekun vurulub.
Newsport.az-a Turnirin mətbuat xidmətindən verilən məlumata görə,, hesabat turundə lider Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla üz-üzə gəlib. Görüş 24-cü gedişdə heç-heçə ilə nəticələnib. 
 
Digər qarşılaşmalarda Maykl Adams (ABŞ) Pavel Elyanovla (Ukrayna), Veselin Topalov (Bolqarıstan) Uesli So (ABŞ) ilə, Radoslav Voytaşek (Polşa) isə Sergey Karyakinlə (Rusiya) xalları yarı bölüb - 0,5:0,5. Yalnız Vladimir Kramnik (Rusiya) turu Pentala Harikrişna (Hindistan) üzərində qələbə ilə başa vurub - 1:0. 
 
Bu nəticələrdən sonra Məmmədyarov 3 xalla liderliyini davam etdirir. Kramnik, Topalov, Elyanov və Adams hərəyə 2,5 xalla, Karyakin, Rəcəbov, Voytaşek və So hərəyə 1,5 xalla, Harikrişna isə 1 xalla sonrakı yerlərdə qərarlaşıb. 
 
Aprelin 25-də keçiriləcək 5-ci turda qarşılaşacaqlar: Harikrişna - Məmmədyarov, So - Kramnik, Karyakin - Topalov, Elyanov - Voytaşek, Rəcəbov - Adams.  
 
Məmmədyarov Rəcəbova xal verib liderliyini qorudu - FOTOLAR

- See more at: http://sportnet.az/stolustu/29478-memmedyarov-recebova-xal-verib-liderliyini-qorudu-fotolar.html#sthash.oLnalVUb.dpuf

Xəbər lenti

Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right