Veselin Topalov: "So kifayət qədər yaxşı oynadı"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirində IV turun görüşləri davam edir. Hesabat turunda sabiq dünya çempionu Veselin Topalov ağ fiqurlarla Uesli So ilə heç-heçə oynayıb. 

Newsport.az-a Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Bolqar idmançı nəticədən razı qaldığını bildirib: "Ağ fiqurlarla oynadığıma görə qələbə qazanmaq istəyirdim. Üstünlüyüm çox deyildi. Bununla belə taktikam uğur gətirmədi. So kifayət qədər yaxşı oynadı. Bu mənada mübarizə aparmaq çətinləşdi. Heç-heçə ədalətli nəticə oldu. Ona görə məyus olmuram. Turnir cədvəlində irəliləmək üçün qarşıdakı partiyalarda qələbə qazanmalıyam".

Topalov yarışın keçirildiyi Şəmkir şəhərinin gözəlliyindən danışıb. Onun fikrincə yarışın keçirildiyi məkan özünəməxsus təbiətiylə seçilir: "Gəzməyə o qədər vaxtım olmayıb. Yaşadığım otelin ətrafında gəzirəm. Adətən gün ərzində ən azı bir saat piyada gəzməyi sevirəm. Rahat düşünmək olar. Təşkilatçılara yalnız təşəkkür edə bilərəm. Şəmkirə qədər Azərbaycanda yalnız Bakının gözəlliyini görmüşdüm".

ABŞ təmsilçisi Uesli So IV turda Veselin Topalovun ona qarşı dəqiq oynadığını deyib. Əslən Fillipindən olan şahmatçı sabah cari turnirdə ilk qələbəsini qazanacağına inandığını söyləyib: "Həmişə qələbəyə oynayıram. Amma Şəmkirdə 4 tur ərzində qalib gəlməmişəm. Topalov bu gün çox yaxşı mübarizə apardı. Əslində bir vəziyyətdə üstünlük qazana bilərdim. Təəssüf həmin gediş olmadı".

Turnirin mətbuat xidməti xəbər verir ki, ABŞ şahmatçısı Uesli So Şəmkirə anasıyla gəldiyini sözlərinə əlavə etdi. Əksər yarışlara anası Lotis Keylə yollanan So valideyninin ona dəstək olduğunu söyləyib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right