Azərbaycan üçün uğurlu reytinq

Beynəlxalq Cüdo Federasiyası reytinq siyahısını yeniləyib.

Newsport.az-ın məlumatına görəqitənin ən güclüsü adını qazanan Hidayət Heydərov 73 kq çəki dərəcəsində 16 pillə irəliləyib. O, 7-ci yerə yüksəlib. Bu siyahıya son aylarda olduğu kimi, yenə Rüstəm Orucov başçılıq edir.

Olimpiya mükafatçımız Avropa çempionatında bürünc qazanmaqla yerini daha da möhkəmlədib.Çempionatı 3-cü yerdə bitirən Orxan Səfərov (60 kq) da liderliyini qoruyub. Avropa çempionumuz Elxan Məmmədov (100 kq) isə mövqeyini daha da yaxşılaşdırıb. Həmyerlimiz 2 rəqibini arxada qoymaqla, 4-cü yerə qalxıb. Polşada keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxan millimizin təcrübəli idmançısı Nicat Şıxəlizadə (66 kq) də cəmi 3 cüdoçudan geri qalır. O, 1 pillə yuxarı qalxıb.

Digər aparıcı cüdoçularımıza gəlincə, Uşanqi Kokauri (+100 kq) 1, Tural Səfquliyev (90 kq) 4 rəqibini qabaqlayıb. Onlar müvafiq olaraq, 18-ci və 23-cüdü. Elmar Qasımov (100 kq) yenə 1-ci, Rüfət İsmayılov (81 kq) 15-cidi. Xanım cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) da xal hesabını artırmaqla, 30-cu yerə qalxıb.

 

apasport





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right