Elxan Məmmədov Avropa çempionu, Mehdiyevlə Qasımov 5-ci oldu YENİLƏNİB

Polşanın paytaxtı Varşavadakı Avropa çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb.
Newsport.az-ın məlumatına görə, bu dəfə ağır çəki dərəcələrindəki təmsilçilərimiz yarışıblar. 
 
Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finalda keçirdiyi ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) isə yarımfinala yüksəlib. Qasımovla Məmmədov finala vəsiqə uğrunda görüşdə üz-üzə gəliblər. Bu dəfə daha təcrübəli olan dünya çempionu ipponla qalib gələrək, finala yüksəlib. Mehdiyevlə Qasımov isə həm yarımfinalda, həm də təsəlliverici görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. 
 
Məmmədov isə həlledici görüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, fransalı Siril Mareyə qızıl xalda ipponla qalib gəlib. Bununla da Azərbaycan təmsilçisi 2013-cü ildə əldə etdiyi dünya çempionluğundan sonra Avropa çempionu tituluna da yiyələnib. 
 
90 kq
Bürünc medal görüşü. Məmmədəli Mehdiyev - Beka Qvinaşvili (Gürcüstan)
1/2 final. Məmmədəli Mehdiyev - Aleksandr Kukol (Serbiya)
1/4 final. Məmmədəli Mehdiyev - Yeqor Varapayev (Belarus)
1/8 final. Məmmədəli Mehdiyev - Marko Bubanya (Monteneqro)
1/16 final. Məmmədəli Mehdiyev - İon Dumbrava (Moldova) 
 
100 kq
Bürünc medal görüşü. Elmar Qasımov - Kazbek Zankişiyev (Rusiya)
1/2 final. Elmar Qasımov - Elxan Məmmədov
1/4 final. Elmar Qasımov - Kirill Denisov (Rusiya)
1/8 final. Elmar Qasımov - Mikita Svirid (Belarus)
1/16 final. Elmar Qasımov - Filipp Qalandi (Almaniya)
 
 
Final. Elxan Məmmədov - Siril Mare (Fransa)
1/2 final. Elxan Məmmədov - Elmar Qasımov 
1/4 final. Elxan Məmmədov - Peter Paltçik (İsrail)
1/8 final. Elxan Məmmədov - Artur Nikiforenko (Latviya)
1/16 final. Elxan Məmmədov - Vinçentso D Arko (İtaliya)
 
+100 kq
1/8 final. Uşangi Kokauri - Harun Sadıkoviç (Bosniya və Herseqovina)
 
Qeyd edək ki, Avropa çempionatının ilk 2 yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right