Elxan Məmmədov Avropa çempionu oldu

Bu gün Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulacaq.

Newsport.az saytının məlumatına görəKişilərin mübarizəsində Azərbaycan yığması 4 idmançı ilə təmsil olunub. Millimizin liderləri 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində medala iddia ediblər.

Avropa çempionatının ilk mərhələsindən azad olan Elxan Məmmədov mübarizəyə Vinçenzo d Arko (İtaliya) ilə görüşlə start verib. Rəqibindən üstün olan dünya çempionumuz 1/8 finalda Latviya idmançısı Arturs Nikiforenkoya gücünü göstərib. Məmmədov 1/4 finalda israilli Peter Paltçikdən də güclü olaraq, yarımfinala adlayıb.  

 

Yarımfinalda Elmar Qasımov və Elxan Məmmədov bir-birləri ilə güləşiblər. Daha güclü olan Məmmədov finala adlayıb. O, fransalı Kiril Mareti ipponla yolundan kənarlaşdıraraq qitənin ən güclüsü adını qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right