Avropa çempionatında son gün: 4 cüdoçumuz tatamiyə çıxacaq

Bu gün Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulacaq

Newsport.az-ın məlumatına görəyarışın son günündə 5 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.  Kişilərin mübarizəsində Azərbaycan yığması 4 idmançı ilə təmsil olunacaq. Millimizin liderləri 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində medala iddia edəcəklər.

90 kq

Bu çəkidə ölkəmizi təmsil edəcək Məmmədəli Mehdiyev mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk cəhdində moldovalı İon Dumbravanı sınağa çəkəcək.

 

100 kq

Mehdiyev kimi, Elmar Qasımovun da Varşavada debütü 1/16 finala təsadüf edəcək. Olimpiya mükafatçımız növbəti mərhələ üçün almaniyalı Filipp Qalandi ilə güləşəcək.

 

Avropa çempionatının ilk mərhələsindən azad olan Elxan Məmmədov mübarizəyə Vinçenzo d Arko (İtaliya) ilə görüşlə start verəcək. Dünya çempionumuz qalib gələcəyi halda, Arturs Nikiforenko (Latviya) – Kristov Kronberger (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək. 

 

+100 kq

Yığmamızın ən ağır çəkili cüdoçusu Uşanqi Kokauri ilk cəhdində Bosniya və Herseqovinadan olan Harun Sadıkoviçlə qüvvəsini sınayacaq. O, qalib gələcəyi halda, ¼ finala yüksələcək.

Bu gün Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışın son günündə 5 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

 

Kişilərin mübarizəsində Azərbaycan yığması 4 idmançı ilə təmsil olunacaq. Millimizin liderləri 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində medala iddia edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right