Voleybolçularımız kubok qazandı

Gürcüstanın paytaxtı Tbilisidə 18 yaşadək oğlan voleybolçular arasında “Bahar kuboku” keçirilib. 

Newsport.az-ın məlumatına görə, ilk görüşdə Gürcüstanın gənclər yığmasını 3:2 hesabı ilə üstələyən həmyerlilərimiz ardınca “Tbilisi” komandasına qalib gəliblər – 3:1.  

 

Üçüncü görüşündə “Kutaisi”yə uduzan (2:3) millimiz sonuncu matçda Gürcüstanın 1998-1999-cu il təvəllüdlü voleybolçularından ibarət komandasına 3:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right