Məmmədyarova uduzan şahmatçı danışdı

"Maraqlı oyun izlədik. Debüt "ev tapşırığı" idi. Əslində Soya qarşı heç-heçəyə hazırlaşmışdım. Turnirin reytinq favoritidir. Onunla ehtiyatlı olmaq lazımdır. Uesli So özü qələbə qazanmağıma kömək etdi. Partiyanın sonunda ciddi səhvə yol verdi. Bu səhvi görməmək olmur. Həmin gedişdən istifadə edərək qələbə qazandım. Şəmkir turnirinə qələbəylə başladığıma görə sevinirəm. Rəqibin üstünlüyü var idi. Ona görə partiya zamanı qələbə haqqında düşünmürdüm".
 
Newsport.az-ın məlumatına görə, bunu Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov "ShamkirChess 2017" turnirində dünyanın ikinci ən güclü ikinci şahmatçısı, ABŞ təmsilçisi Uesli So üzərində qara fiqurlarla qələbə qazandığı ilk tur matçından sonra mətbuat konfransında deyib. 
 
Sumqayıt şahmat məktəbinin yetirməsi dostu, komanda yoldaşı Rauf Məmmədovun onunla birlikdə Şəmkirə gəlməsini belə izah edib: "Rauf dostumdur. Uzun illər millidə birgə çıxış edirik. Şəmkirdə həm turniri izləyir, həm də mənə kömək edir".
 
Əslən Filippindən olan Uesli So Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla görüşdə üstün vəziyyətdə olduğunu bildirib: "Qələbə üçün bir neçə dəqiq gediş etməli idim. Məmmədyarov yaxşı şahmatçıdır. Səhvdən istifadə etdi. Ağ fiqurlarla məğlub olmaq ciddi məsələdir. Sonuncu dəfə 2015-ci ildə İspaniyada keçirilən turnirdə uduzmuşdum. Bilbao superturnirindən sonra uduzmamışdım. Uğurlu seriyam başa çatdı. Qarşıda 8 tur var. Əsas mübarizə irəlidədir".
 
Qeyd edək ki, Vüqar Həşimov Memorialı aprelin 30-da başa çatacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right