Avropa çempionatında bir günə iki bürünc YENİLƏNİB

Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürüb. 
 
Newsport.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 4 idmançısı - Orxan Səfərov, Nicat Şıxəlizadə, Aişə Qurbanlı və Nəzakət Əzizova tatami üzərinə çıxıb. Onlardan Səfərovla Şıxəlizadə bürünc medal qazanıb. 
 
Qeyd edək ki, Azərbaycan yığması 4 gün davam edəcək Avropa çempionatına 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Aprelin 21-də Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq), aprelin 22-də isə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100) tatami üzərinə çıxacaq. Bundan başqa, Azərbaycan cüdoçularının komanda yarışlarında iştirakı da nəzərdə tutulub. Avropa çempionatında 41 ölkədən 369 idmançı (226 kişi, 143 qadın) mübarizə aparacaq.
 
Kişilər
 
60 kq
Bürünc medal görüşü. Orxan Səfərov - Amiran Papinaşvili (Gürcüstan)
Təsəlliverici görüş. Bəkir Özlü (Türkiyə) - Orxan Səfərov
1/4 final. Orxan Səfərov - Robert Mşvidobadze (Rusiya)
1/8 final. Orxan Səfərov - Matyaj Trboviç (Sloveniya) 
 
66 kq
Bürünc medal görüşü. Nicat Şıxəlizadə - Dmitri Minkov (Belarus)
1/2 final. Nicat Şıxəlizadə - Adrian Gomboç (Sloveniya)
1/4 final. Nicat Şıxəlizadə - Kamal Xan-Maqomedova
1/8 final. Nicat Şıxəlizadə - Yasper Lefevr (Belçika)
1/16 final. Nicat Şıxəlizadə - Manuel Şeybel (Almaniya)
 
Qadınlar 
48 kq
1/8 final. Aişə Qurbanlı - Eva Çernovitski (Macarıstan)
1/16 final. Aişə Qurbanlı - Gülkader Şentürk (Türkiyə)
 
52 kq
1/16 final. Nəzakət Əzizova - Reka Pupp (Macarıstan)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right