Cüdoçularımız rəqiblərini gözləyirlər

Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start veriləcək. 

Newsport.az-ın verdiyi məlumata görə, çempionatın ilk günündə mübarizəyə 4 cüdoçumuz qoşulacaq. 60 kq çəki dərəcəsində ölkəmizi Orxan Səfərov təmsil edəcək. Turnirə 1/8 finaldan start verəcək Səfərovun ilk rəqibi Matyaz Trboviç (Slovakiya) - Moritz Plakfi (Almaniya) cütünün qalib olacaq.

Nicat Şıxəlizadə 66 kq çəki dərəcəsində 1/16 final mərhələsində almaniyalı Manuel Şeybellə qarşı-qarşıya gələcək.

Qadınların mübarizəsində isə, 48 kq çəki dərəcəsində Aişə Qurbanlı 1/16 finalda türkiyəli Gülkader Şentürkü, 52 kq çəki dərəcəsində Nəzakət Əzizova macarıstanlı Reka Pupp ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right