Avropa çempionatı: Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi

Bu gün cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, məsul yarışın fərdi proqramında 11 nəfərlik heyətlə təmsil olunacaq Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib.

Kişilər, 60 kq

1/8 final - Orxan Səfərov - Matyaz Trboviç(Slovakiya) / Moritz Plakfi(Almaniya) cütünün qalibi

66 kq

1/16 final - Nicat Şıxəlizadə - Manuel Scheibel(Almaniya)

73 kq

1/16 final - Rüstəm Orucov - Rudolf Kurtides(Kipr) / Andre Seppa(Estoniya) cütünün qalibi

1/16 final - Hidayət Heydərov - Reqimantas Riqinas(Litva) / Xavyer Ramires(İspaniya) cütünün qalibi

81 kq

1/16 final - Rüfət İsmayılov - Kristyan Toniste(Estoniya)

90 kq

1/16 final - Məmmədəli Mehdiyev - İon Dumbrava(Moldova)

100 kq

1/16 final - Elmar Qasımov - Filipp Qalandi(Almaniya)

1/16 final - Elxan Məmmədov - D Arko Vinçenzo(İtaliya)

+100 kq

1/8 final - Kokauri Uşanqi - Harun Sadikoviç(Bosniya və Hersoqovina)

Qadınlar, 48 kq

1/16 final - Aişə Qurbanlı - Gülkader Şəntürk(Türkiyə)

52 kq

1/16 final - Nəzakət Əzizova - Reka Pupp(Macarıstan)

Qeyd edək ki, Polşanın paytaxtı Varşavada təşkil olunan turnir aprelin 20-dən 23-dək davam edəcək. İlk üç gündə fərdi proqramda mübarizə, sonuncu gün isə komanda yarışları baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right