AGF KUboku-2017: 8 qızıl, 5 gümüş və 12 bürünc medal

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. 

Newsport.az-ın məlumatına görəTurnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan Qazaxstan və Belarus pəhləvanları mübarizə aparır.

Üçüncü yarış günündə sərbəst güləş üzrə yeniyetmələr arasında 114 pəhləvan yarışıb. Güləşçilərimiz günü 8 qızıl, 5 gümüş və 12 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Tofiq Əliyev (42 kq), Əşrəf Kərimzadə (46 kq), Mahir Məmmədzadə (50 kq), Əsgər Məmmədəliyev (54 kq), Turan Bayramov (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq) və Abdulmuslim Məmmədov (76 kq) qazandırıb. 

Komanda hesabında Azərbaycan birinci, İran ikinci, Gürcüstan komandası üçüncü yeri tutub. 

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.  

 

42 kq 
1. Tofiq Əliyev 
2. Ulu Jumasbek - Qırğızıstan
3. Umidjon Jalolov - Özbəkistan
3. İzzət Cəfərov 
        46 kq
1. Əşrəf Kərimzadə 
2. Arslan Raximov - Özbəkistan
3. Elmir Cəlilov 
3. Giorgi Gegelaşvili - Gürcüstan
50 kq 
1. Mahir Məmmədzadə 
2. Ramiz Həsənov 
3. Tehran Əliyev 
3. Mohum Xodobaxşi - İran
  54 kq
1. Əsgər Məmmədəliyev 
2. Farrux Şaripov - Özbəkistan
3. Vladimer Gamkrelidze - Gürcüstan
3. Şahmurad Usuflu 
58 kq 
1. Turan Bayramov
2. Vüsal Hüseynov 
3. Elmar Kazımov
3. Samir Məmmədov 
  63 kq 
1. Hacımurad Hacıyev 
2. Əşrəf Aşurov 
3. Rəcəb Nuriyev 
3. Asxon Kooşxi - İran
69 kq 
1. Davud İbrahimov 
2. Rəşad Əzizov
3. Nəsib İsayev 
3. Xəzri Bağırlı 
  76 kq 
1. Abdulmuslim Məmmədov 
2. İslam Əliyev 
3. Oleksandr Vişnyak - Ukrayna 
3. İslam İlyasov
85 kq
1. Abbas Foroutonzami - İran 
2. Mohammadrasul Rahimov - Özbəkistan
3. Əzəmət Cəlilov
3. Kamil Şaxruxanov - Rusiya 
  100 kq
1. Ali Reza Abdollahi - İran 
2. Çabuki Gamkrelidze - Gürcüstan
3. Hamlet Nəsibli 
3. Solomon Manaşvili - Gürcüstan

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right