20-ci il eyni komandada çıxış edəcək əfsanəvi alman

Amerika Milli Basketbol assosiasiyasının qərb konfransında çıxış edən "Dallas" klubunun əfsanəvi basketbolçusu Dir Novitski gələcək karyerası ilə bağlı qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, əfasanəvi almaniyalı idmançı karyerasını bitirməyəcək. 38 yaşlı basketbolçu növbəti il də "Dallas"ın şərəfini qoruyacaq. Bununla da Novitski ardıcıl 20-ci mövsüm eyni komandada çıxış etmiş olacaq. Onun illik məvacibi 25 milyon dollar olacaq.

Novitski bu mövsüm 54 matçda orta hesabla hər oyun 26 dəqiqə çıxış edir və 14,2 xal, 6,5 ribaundla yadda qalır.

Novitski "Dallas"la MBA-da 14 dəfə pley-offlarda çıxış edib və 2 dəfə finalda oynayıb. 2006 və 2011-ci illərdə isə "Dallas"la MBA çempionluğu yaşayıb.

Novitski MBA tarixində 30 min 260 xalla ümumi siyahıda ən çox dəqiq atış atan baskebolçular arasında 6-cıdır. Ulduz basketbolçu 13 dəfə "All-Star"a, 12 dəfə də ilin ən yaxşı "5-liy"inə seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right