“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarını yayımlayacaq telekanalların adları açıqlanıb

“Bakı-2017” İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bu gün yarışları 34 ölkənin tamaşaçılarına təqdim edəcək hüquq sahibləri ilə yayım razılıqlarını elan edib.
Newsport.az-ın məlumatına görə, oyunların keçirilməsinə bir ay qaldığı müddətdə elan olunan razılığa əsasən hüquq sahibi olan bütün yayım şirkətləri aşağıda qeyd olunan bölümlər əsasında oyunlarla əlaqədar yayım materiallarından eksklüziv istifadə hüququna malik olacaqlar:
 
- Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayınlanması;
- Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram;
- Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması;
- Oyunlar haqqında iki saatlıq proqram.
 
Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətlərini “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər. 
 
TV Media Sport (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri - Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Faso (RTB) - qarşısında oyunlardan canlı yayımların və proqramların yayınlanması ilə bağlı öhdəlik götürüb.
 
TV Media Sport şirkətinin prezidenti Hedi Hamel bu razılıq haqqında danışaraq deyib: "Beynəlxalq idman tədbirlərinin diversifikasiyası hər zaman TV Media Sport şirkətinin güclü fəaliyyət istiqaməti olub və olmaqdadır. Bakı 2017 IV İslam Həmrəyliyi oyunları  bu strategiyamızın mükəmməl təcəssümü olacaq". 
 
“Bakı-2017” Əməliyyat Komitəsi  eyni zamanda Türkiyənin aparıcı yayım şirkəti TRT ilə də razılıq müqaviləsi  imzalayıb.  Bununla da, 2021-ci ildə keçirilməsi planlaşdırılan 5-ci İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Türkiyə, Bakıda keçiriləcək oyunları canlı izləmək imkanı əldə edəcək. 
 
TRT Spor kanalının rəhbəri Mehmet Şahin əlavə etdi: "TRT “Bakı-2017” ilə əməkdaşlığından və qarşıdan gələn “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Türkiyədə yayımlanması üçün eksklüziv hüquqa malik olmasından çox məmnundur".
 
"Biz Oyunları TRT Spor və TRT AVAZ kanallarımızda Türkiyə xalqına təqdim etmək üçün ev sahibliyi edən ölkənin yayım şirkəti BMM ilə və bütövlükdə AİHOƏK komandası ilə əməkdaşlıq etdiyimizə görə şadıq."
 
Oyunlar həmçinin IP vasitəsilə müvafiq olaraq ATV və Milli Rabitə Şəbəkəsi (NCN) tərəfindən Surinam və Qayanada da yayınlanacaq. 
“Bakı-2017”nin Baş Əməliyyat üzrə Direktoru Mayk Loynd bu yayım razılıqları haqqında danışaraq qeyd edib: "Biz çox şadıq ki, üç qitədə yerləşən 34 ölkənin tamaşaçıları “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarını izləmək imkanına malik olacaq".
 
"Beynəlxalq yayım şirkətləri “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının yayımına çox böyük maraq göstəriblər. İslam ölkələrində yaşayan əhalinin IV İslam Həmrəyliyi oyunlarına böyük maraq göstərməsi bizi çox sevindirir. Düşünürəm ki, 12 may tarixində baş tutacaq Açılış Mərasiminə  qalan növbəti həftələrdə daha çox yayım tərəfdaşlıqları haqqında məlumat verə biləcəyik". 
 
“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında İHİF-in dörd qitədə yerləşən 57 üzv ölkəsinin hər birindən olan idmançılar iştirak edəcək. İdmançılar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə medal uğrunda 270 mübarizədə yarışacaq. 
 
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 -22 mayda Bakıda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right