Formula 1-də yeni qalib

Şanxayda keçirilən Formula 1 üzrə Çin Qran Prisinə yekun vurulub. 
 
Newsport.az-ın məlumatına görə, 56 dövrədən ibarət yürüşün qalibi adına "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton layiq görülüb. O, finişə 1 saat 37 dəqiqə 36,158 saniyəyə çatıb. İkinci yeri Avstraliyanın Melburn şəhərindəki ilk yürüşün qalibi, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel tutub. Üçüncü yerdə isə "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen qərarlaşıb. 5 pilot finişə çata bilməyib ki, onların arasında ötən il Bakıda keçirilmiş Avropa Qran Prisinin səfiri, "Maklaren Honda"nın ispaniyalı üzvü Fernando Alonso da var.  
 
İlk 2 mərhələdən sonra Hemilton və Fettel hərəyə 43 xalla liderlik edirlər. Ferstappen 25 xalı var. Konstruktorların mübarizəsində "Mercedes" 66, "Ferrari" 65, "Red Bull Racing Tag Heuer" isə 37 xalla ilk 3 pillədədirlər. 
 
Qeyd edək ki, növbəti Qran Pri 14 - 16 apreldə Bəhreyndə olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right