Atletimiz 10-cu oldu

Tailandın paytaxtı Banqkokda yeniyetmə ağır atletlərin Dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, 77 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan təmsilçimiz Tarmenxan Babayev 280 kiloqramlıq nəticə ilə 10-cu yeri tutub. O, toplam nəticədə liderdən 32 kiloqram az çəki qaldırıb. 

Qeyd edək ki, 15 yaşlı Tarmenxan yalnız A qrupunda körpücüyə çıxan atletlərdən geri qalıb. Onun bu nəticəsi yer aldığı B qrupunda ən yüksək göstərici olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right