Üç şahmatçımızdan qələbə

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan şahmat üzrə "Dubay Open" turniri davam edir.

Newsport.az-ın məlumatına görə, beşinci turda Azərbaycanın üç şahmatçısı görüşlərini qələbə ilə başa vurub. Nicat Abbasov, Vüqar Əsədli və Nail Bəşirli Hindistandan olan rəqiblərini məğlub edib. 

Eltac Səfərli, Rəvan Əliyev, Əhməd Əhmədzadə və Nərmin Xələfova, müvafiq olaraq, Gürcüstan, Hindistan, Yunanıstan, Şri-Lanka təmsilçiləri ilə xalı yarı bölüb.

Vüsal Abbasov isə hindistanlı rəqibinə məğlub olub.

Bu turdan sonra Eltac Səfərli mövqeyini bir qədər də yaxşılaşdırıb. Qrossmeysterimiz hazırda 4 xalla 8-ci pillədədi. Nicat Abbasovla Vüqar Əsədli "qonşu"du. Onlar aktivlərindəki 3.5 xalla 47 və 48-ci mövqedə qərarlaşırlar. 3 xal toplayan Rəvan Əliyev 65-ci, Nail Bəşirli 79-cudu. "Yüzlük"dəki sonuncu təmsilçimiz isə Vüsal Abbasovdu. Onun hesabında 2.5 xal var.  2.5 xalla Əhməd Əhmədzadə 111-ci, 2 xal toplayan Nərmin Xələfova isə 142-ci pillədə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right