Bolqarıstanda bir günə 4 medal FOTOLAR

Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilir.
 
Newsport.az-ın məlumatına görə, sayca 55-ci dəfə baş tutan turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət Azərbaycan yığma komandasının üzvləri iştirak edir.
 
İlk yarış günündə 59 kq, 71 kq, 80 kq, 96 kq-da yunan-Roma, 57 kq, 65 kq, 74 kq, 97 kq-da sərbəst, 48 kq, 55 kq, 60 kq, 69 kq çəkidə qadın güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 3 bürünc medalla başa vurub. 
 
Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev ardıcıl olaraq Əlcəzair, Koreya, yarımfinalda Macarıstandan olan son dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Qırğızıstan təmsilçisinə 1 dəqiqə ərzində tam üstünlüklə qalib gəlib və turnirin qızıl medalına sahib olub. Keçirdiyi bütün görüşləri tam üstünlüklə başa vuran Çunayev heç bir rəqibinə xal verməyib. 
 
Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda görüşdə Qırğızıstandan olan rəqibini məğlub edib və fəxri kürsünün 3-cü pilləsində yer alıb. 
 
Sərbəst güləşçilərimiz isə ilk yarış gününü 2 bürünc medalla başa vurub. Bürünc medalları yığmamıza 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov və 65 kq-da yarışan Məhəmməd Müslümov qazanıb.
 
Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) turniri 5-ci sırada tamamlayıb.
 

Bolqarıstanda bir günə 4 medal - FOTOLAR



Bolqarıstanda bir günə 4 medal - FOTOLAR

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right