Taekvondoçularımız Avropa birinciliyinə bu heyətlə yollanır

Taekvondo üzrə komandamız Avropaya növbəti səfərini edir.

Newsport.az-ın məlumatına görə, bu dəfə Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yollanacaq komandamızın məqsədi, 21 yaşlı taekvondoçular arasında Avropa birinciliyində ölkəmizi təmsil etməkdir.

Komanda, əməkdar məşqçi Elnur Amanovun rəhbərliyi ilə qitə birinciliyinə 7 idmançı ilə qatılacaq. Belə ki, -58 kq çəki dərəcəsində Fizam Mehtiyev, Məmmədalı Quliyev (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Səid Quliyev (-74 kq), Paniz Esmaeilpour (-46 kq), Gülhanım Yeşildal (-53 kq) və Daria Şkurko (-67 kq) Bolqarıstana gedəcək heyətdə yer alıb.

6-aprel 2017-ci il tarixində başlanacaq yarış üç gün davam edəcək. Bu yarışda, beynəlxalq dərəcəli hakim Elşad Məmmədov ölkəmizi hakim qismində təmsil edəcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə 4 apreldə Sofiya şəhərinə yolanacaq idmançılarımız 10 apreldə vətənə dönəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right