Millimizin lideri zədələndi

Cüdo üzrə Azərbaycan milli komandası ciddi problemlə üzləşib.
 
Newsport.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan Orxan Səfərov zədələnib.
 
26 yaşlı idmançının diz nahiyəsindəki köhnə ağrıları bu yaxınlarda Qazaxıstandakı təlim-məşq toplanışı zamanı yenidən baş qaldırıb. Nəticədə o, Macarıstanın Tata şəhərindəki toplanışdan kənarda qalıb. Hazırda Səfərov Bakıda tibbi-bərpa prosesi keçir. Həkimlər cüdoçunun Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarında iştirakına çalışırlar. Yekun qərar isə gələn həftə veriləcək.
 
Qeyd edək ki, Orxan Səfərov karyerası ərzində müxtəlif Qran Prilərin qalibi olmaqla yanaşı, 2013-cü il dünya çempionatında bürünc, son 2 Avropa çempionatında, eləcə də "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanıb. O, Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında 60 kq çəki dərəcəsində liderdir. Avropa çempionatı 20 - 23 apreldə Polşanın paytaxtı Varşavada, İslamiada isə 12 - 22 mayda Bakıda keçiriləcək ("Report"). 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right