AÇ-2017: dördüncü gündə 1 gümüş və 1 bürünc medal qazandıq YENİLƏNİB

Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının dördüncü yarış günündə qadınların mübarizəsinə yekun vurulub.
 
Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri günü 1 gümüş, 1 bürünc medalla tamamlayıblar. Avropa vitse-çempionu adına 53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova layiq görülüb. Qurbanova Almaniya, Polşa və Moldovadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə o, ukraynalı rəqibinə yenilərək, gümüş medala sahib çıxıb.
 
58 kq çəkidəki Alyona Kolesnik isə Polşa və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, yarımfinalda ukraynalıya uduzub. Lakin o, bürünc medal uğrunda görüşdə fransalı rəqibini tam üstünlüklə məğlub edərək, fəxri kürsüyə qalxıb.
 
53 kq 
FİNAL - Lilya Horişna (UKR) - Leyla Qurbanova 11:8
1/2 final - Leyla Qurbanova - Yulia Leorda (MDA) 12:2
1/4 final - Paula Kozlov (POL) - Leyla Qurbanova 1:3
1/8 final -  Leyla Qurbanova - Annika Vendle (GER) 13:2 (tuşe)
 
58 kq 
Bürünc medal görüşü. Metty Phoebe Aglae Greneron Mondange (FRA) - Alyona Kolesnik - 4:12
1/2 final - Tetyana Kit (UKR) - Alyona Kolesnik 5:2
1/4 final - Veronika Çumikova (RUS) - Alyona Kolesnik 0:6 (tuşe)
1/8 final - Katarzyna Madrovska (POL) - Alyona Kolesnik 0:10
 
63 kq
Təsəlliverici görüş. Yuliana Yaneva (BUL) - Elmira Qəmbərova 7:6
1/4 final - Petra Olli (FİN) - Elmira Qəmbərova 5:2
1/8 final - Elmira Qəmbərova - Natalia Gizela Kubaty (POL) 5:0 (tuşe)
 
Qeyd edək ki, Avropa çempionatının ilk  3 gününü Azərbaycan sərbəst güləşçiləri üst-üstə 2 qızıl, 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb. Ertəsi isə Hacımurad Ömərov (70 kq) qızıl,  Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub. Dünən mübarizə aparan 4 qadın güləşçimizdən heç biri fəxri kürsüyə yüksələ bilməyib.
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right