Kikboksinq üzrə Azərbaycan çempionatı keçirilib

Bakı İdman sarayında Kikboksinq üzrə kadetlər və yeniyetmələr arasında Azərbaycan çempionatı keçirilib.
 
Newsport.az-ın məlumatına görə, Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş yarış "Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında təşkil olunub. 

Çempionatda ölkənin müxtəlif bğlgələrindən 78 komandanı təmsil edən 1000-dək idmançı iştirak edib. Yeniyətmələr arasında komanda hesabında 1-ci yeri "Qızıl Əlcək” İdman Klubu, kadetlər arasında isə "Neftçi” İdman klubu qazanıb. Yarışın fəxri kubokunun sahibi DİN İdman Cəmiyyəti olub. Bölgələr üzrə yarışlarda ən çox fərqlənən Quba və Gəncə idmançıları olub.

 
Federasiyanın İdarə Heyətinin qərarına əsasən, yeniyətmələr arasında ən texnikalı idmançı DİN İdman Cəmiyyətinin idmançısı, WAKO versiyası üzrə dünya çempionu Məhəmməd İmanov, ən yaxşı hakim adına Anar Məmmədov layiq görülüb. Çempionatda Xocalını və Kəlbəcəri təmsil edən kikboksçular da qüvvələrini sınayanlar arasında yer alıblar.
 
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupları üzrə yığma komandanın tərkibini müəyyən etmək və hazırlıq səviyyələrini yoxlamaqda ibarət olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right