Hakimlərimiz Sofiya seminarında

Bolqarıstanın Sofiya şəhərində I-S kateqoriyalı beynəlxalq hakimlər üçün Dünya Güləş Birliyinin seminarı keçirilib. 
Newsport.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, seminarda ölkəmizi I-S kateqoriyalı beynəlxalq hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edib. 
Dünyanın müxtəlif ölkələrindən I-S kateqoriyalı 100-dən artıq hakimin iştirak etdiyi seminarda güləş qaydalarında nəzərdə tutulan dəyişikliklər barədə nəzəri məlumatlar və xalça üzərində praktiki təlimlər verilib. 
Qeyd edək ki, üç gün davam edən seminar zamanı müzakirə olunan qayda dəyişiklikləri qarşıdan gələn yarışlarda sınaqdan keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right