Yığmamızın məşqçisi Dünya Güləş Birliyinin məşqçilik kursunda iştirak edib

Martın 18-dən 20-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Beynəlxalq Olimpiya Komitəsinin məşqçilər üçün texniki kursu və Dünya Güləş Birliyinin yunan-Roma güləşi üzrə məşqçilərin toplantısı keçirilib. 

Newsport.az-ın məlumatına görəhər iki kursda Azərbaycan yunan-Roma güləşi üzrə yığma komandasının məşqçisi Nurəddin Rəcəbov da iştirak edib. 
Kurs zamanı Dünya Güləş Birliyinin güləş qaydalarında edəcəyi dəyişikliklər barədə məlumat verilib, taktiki və texniki hazırlıqla bağlı fikir mübadiləsi aparılıb, qaydalar müzakirə edilib, praktiki məşğələlər keçirilib. 

Kursların yekunu olaraq iştirakçılara sertifikatlar təqdim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right