Toğrul Əsgərov həbs edildi 9 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satmaqda təqsirləndirilən Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Newsport.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmüylə Toğrul Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Cəlilabad rayon sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.

 

Əsgərov basketbolçu olub. O, "Qala" klubunun üzvü olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right