Yeniyetmələrin Azərbaycan birinciliyində ilk gün 6 çəkidə qaliblər müəyyənləşib

Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.

Newsport.az-ın məlumatına görə, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edir. 

İlk yarış günündə 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 166 pəhləvan mübarizə aparıb. 

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.


Martın 15-də 69, 76, 85 və 100 kq çəkidə yunan-Roma güləşçiləri ilə yanaşı, 42, 46 və 50 kq çəkidə sərbəst güləşçilər də mübarizə aparacaq. Yarışların son günündə isə, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərində çıxacaq.

42 kq
FİNAL 
Xəyal Rüstəmov (Sumqayıt, Təhsil İC) - Həzrət Cəfərov (ROİL) 1:7
Bürünc medal görüşü 
Şamil Şuxuyev (Balakən) - Elgün Hacıyev (Mingəçevir) 12:2
Qurban Qurbanov (ROİL) - Ariz Hüseynov (Cəngi GK) 6:1
     46 kq
FİNAL 
Nihad Məmmədli (ROİL) - Araz Şükürzadə (Lənkəran) 5:3
Bürünc medal görüşü 
Binnət İsmayılov (Şəmkir) - Əli Süleymanlı (Şirvan, Neftçi İK) 14:8
Nurlan Quluzadə (Abşeron) - Fuad Cəfərov (Mingəçevir) 8:0
50 kq
FİNAL 
Həsən Kərimli (2 UGİM) - Əsgər Əlizadə (Goran, Təhsil) 14:14*
Bürünc medal görüşü 
Telman Əliyev (Gəncə) - Xanəhməd Zeynalov (Şirvan, Zirvə) 13:0
Murad Abbasov (Spartak) - Elmir Əliyev (Pəhləvan) 12:3
  54 kq
FİNAL 
Ramazan Xəlilov (Balakən) - Nurağa Yusifli (Şirvan) 0:5
Bürünc medal görüşü 
Murad Quliyev (Təhsil) - Xanverdi Novruzov (Zəngilan) 8:0
Müseyib Rəhimov (Təhsil) - Fərid Qafarov (6 UGİM) 0:9
58 kq
FİNAL 
Həsən Məmmədli (ROİL) - Rəvan Fərhadov (Şirvan, Neftçi İK) 9:5
Bürünc medal görüşü 
Zöhrab Sarıyev (Beyləqan) - Xasay Həsənli (2 UGİM) 8:4
Vüsal Rəhmanov (Təhsil) - Ağaqulu Quliyev (Cəngi GK) 8:0
  63 kq
FİNAL
Ruslan Hadisov (Balakən) - Allahverdi Əliyev (2 UGİM) 5:2
Bürünc medal görüşü 
Cavidan Cavadov (Abşeron) - Coşqun Xudaverdiyev (Beyləqan) 9:0
Ramil Nağıyev (Təhsil) - Vəfadar Cəfərov (ROİL) 5:3

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right