"Böyük Dəbilqə"də 7 medalla 2-ci yer YENİLƏNİB

Bakıda keçirilən Böyük Dəbilqə turnirinin son günündə Azərbaycan cüdoçuları 2 gümüş, 1 bürünc medal qazanıb.
 
Newsport.az-ın məlumatına görə, gümüş medallara Məmmədəli Mehdiyevlə (90 kq) Elmar Qasımov (100 kq) sahib çıxıb. 
 
Mehdiyev finalda qazaxıstanlı İslam Bozbayevə uduzub. Qasımovun hollandiyalı Mixael Korrellə görüşünün taleyi isə 4 dəqiqəlik əsas bölümdə yox, qızıl xal uğrunda mübarizədə həll olunub. Bu zaman Azərbaycan təmsilçisi passiv güləşdiyi üçün daha bir cərimə xalı alıb və görüşdən məğlub ayrılıb. 
 
Bürünc medalı isə 100 kq çəkidə Elxan Məmmədov əldə edib. O, 3-cü yer uğrunda görüşdə daha bir azərbaycanlı Zəlim Kotsoyevi ipponla üstələyib. 
 
Kotsoyevdən əlavə, Abdulhaqq Rəsullu, Tural Safquliyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) də bürünc medal görüşündə uduzaraq, 5-ci yerlə kifayətlənib.   
 
Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub. İlk iki yarış günündə Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında Hollandiyadan sonra 2-ci yeri tutub. "Narıncılar" 3 qızıl, 1 gümüş medal qazanıb. 3-cü yeri isə 1 qızıl, 2 gümüş, 2 bürünc medalla Yaponiya tutub. Böyük Dəbilqədə 31 ölkədən 182 cüdoçu iştirak edib.   
 
Kişilər
90 kq
1/8 final. Aslan Mirzəyev İslam Bozbayevə (Qazaxıstan) uduzaraq, mübarizəni dayandırıb.
 
1/8 final. Tural Safquliyev Bruno Mendonkaya (Braziliya) ipponla qalib gəlib. 1/4 finalda o, Quedjau Nhabalini (Ukrayna) də yenərək, yarımfinala yüksəlib. Safquliyevin finala vəsiqə uğrunda görüşdə rəqibi İslam Bozbayev (Qazaxıstan) olub. O, uduzaraq, bürünc medal görüşündə Uşangi Margianiyə (Gürcüstan) rəqib olub. Bu dəfə də Safquliyev yenilib və 5-ci yerlə kifayətlənib.  
  
1/8 final. Məmmədəli Mehdiyev Vahid Nurini (İran) vaxtından əvvəl məğlub edib. 1/4 finalda o, Uşangi Margianini (Gürcüstan) də yenib. Yarımfinalda isə Mehdiyev Abdulhaqq Rəsulludan üstün olub və finala yüksəlib. Mehdiyevin həlledici qarşılaşmada rəqibi İslam Bozbayev (Qazaxıstan) olub. Görüş Bozbayevin qələbəsi ilə yekunlaşıb. Mehdiyev gümüş medal qazanıb.  
 
1/4 final. Abdulhaqq Rəsullu Mattias Kuusiki (Estoniya) məğlub edib. Yarımfinalda onun rəqibi Mehdiyev olacaq. Bu isə nəticədən asılı olmayaraq, Azərbaycanın aktivinə ən azı gümüş medalın yazılacağı anlamına gəlirdi. Rəsullu uduzaraq, təsəlliverici görüşə düşüb. O, bürünc medal qarşılaşmasında Quedjau Nhabaliyə (Ukrayna) də yenilərək, 5-ci olub. 
 
100 kq
1/8 final. Zəlim Kotsoyev Aybek Serikbayevə (Qazaxıstan) vaxtından əvvəl qalib gəlib. 1/4 finalda o, Mixael Korrelə (Hollandiya) uduzub. Kotsoyev təsəlliverici görüşdə Toma Nikiforova (Belçika) qalib gəlib. Bürünc medal qarşılaşmasında onun rəqibi Elxan Məmmədov olub. Kotsoyev ipponla uduzaraq, 5-ci olub.   
 
1/8 final. Sənan Əhmədov Mikloş Sirjeniksə (Macarıstan) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/4 final. Elmar Qasımov Peter Paltçikə (İsrail) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda Elxan Məmmədova da qalib gələn Qasımov finalda Mixael Korrellə (Hollandiya) qarşılaşıb. Qızıl xaladək uzanan və 8 dəqiqəyədək davam edən görüşün taleyini Azərbaycan təmsilçisinə göstərilən xəbərdarlıq xalı həll edib. Beləliklə, Qasımov gümüş medal qazanıb. 
 
1/4 final. Elxan Məmmədov Qriqori Minaskini (Estoniya) yenib. Yarımfinalda onun rəqibi Qasımov olub. Bu isə nəticədən asılı olmayaraq, Azərbaycanın aktivinə ən azı gümüş medalın yazılacağı anlamına gəlib. Məmmədov 3 dəfə xəbərdarlıq alaraq, məğlub olub. O, təsəlliverici görüşdə Zəlim Kotsoyevlə üz-üzə gəlib və ipponla qələbə qazanaraq, bürünc medala yiyələnib.   
 
100 kq-dan yuxarı
1/8 final. Ayxan Cəfərov Quram Tuşişviliyə (Gürcüstan) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/8 final. Uşangi Kokauri Kənan Abdulxanlıya qalib gəlib. Abdulxanlı mübarizəni dayandırıb. Kokauri isə 1/4 finalda Durenbayar Ulzibayarla (Monqolustan) qarşılaşıb və qələbə qazanıb. Yarımfinalda Kokauri Quram Tuşişviliyə (Gürcüstan) uduzub. Təsəlliverici görüşdə onun rəqibi Onise Buğadze (Gürcüstan) olub. Görüş Buğadzenin qələbəsi ilə başa çatıb. Nəticədə Kokauri 5-ci yerlə kifayətlənib.  
 
1/8 final. İsa Hüseynov Stanislav Bondarenkoya (Ukrayna) uduzaraq, mübarizəni dayandırıb. 
 
Qadınlar:
 
78 kq
1/8 final. Günel Həsənli Melina Skarduanı (Braziliya) məğlub edib. 1/4 finalda onun rəqibi Quusye Steenhuis (Hollandiya) olub. Bu dəfə Həsənli uduzub. O, təsəlliverici görüşdə Albina Amangəldiyevaya (Qazaxıstan) da yenilərək, 7-ci yerlə kifayətlənib.  
 
1/8 final. Mehriban İmamzadə Samanta Soaresə (Braziliya) uduzaraq, mübarizəni dayandırıb. 
 
78 kq-dan yuxarı
 
1/8 final. Şəms Hacıyeva Kamila Yamakavaya (Braziliya) uduzaraq, mübarizəni dayandırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right