Rüstəm Orucov: "Bilirdim ki, onun dözümü məndən zəifdir"

"Rəqibimi yormağa çalışdım. Bilirdim ki, onun dözümü məndən zəifdir. Sonra hücum etməyə başladım və məndə alındı”.
Newsport.az-ın məlumatına görə, bunu Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində bürünc medal qazanan Rüstəm Orucov deyib.
73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı Olimpiya mükafatçısı 3-cü yer uğrunda görüşdə gürcü Laşa Şavdatuaşviliyə qalib gəldikdən dərhal sonra fikirlərini bölüşüb. O, döyüşün çətin alındığını söyləyib: "Bu yarışdır, uduza və uda bilərəm. İlk 4 dəqiqədə özümü qoruyurdum. Çalışırdım girişməyəm. Yopniyalı rəqibimlə güləşəndə yüngül zədə aldım. Buz qoydum, keçdi. Gərək məşqləri bir az da artıraq. Yaponiyalı rəqibimlə başa-baş mübarizə apardım. Gələcəkdə onları udacağıq”.
 
Qeyd edək ki, R.Orucov 1/4 final mərhələsində Omari Niazaşvilini (Gürcüstan) məğlub etdikdən sonra çempionluğa gedən yoldan Riki Nakaya (Yaponiya) uduzub. Dmitri Kanivets ilə (Ukrayna) təsəlliverici döyüşdən üstün ayrılan Olimpiya mükafatçısı 3-cü yer uğrunda Laşa Şavdatuaşvilyə qalib gəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right