Böyük Dəbilqə: Rüfət İsmayılov "qızıl", Rüstəm Orucov "bürünc" qazandı YENİLƏNİB

Azərbaycan cüdoçusu Rüfət İsmayılov Bakıda keçirilən Böyük Dəbilqə turnirinin finalına yüksəlib. 81 kq çəki dərəcəsində çıxış edən 21 yaşlı idmançı yarımfinalda yaponiyalı Kenya Koharanı 32 saniyəyə üstələməyi bacarıb. 
 
Finalda İsmayılov iranlı Səid Mollayi ilə qarşılaşacaq. Bu, iki gündür davam edən Böyük Dəbilqədə hələlik Azərbaycanın ilk finalı olacaq. 
 
Digər cüdoçulardan Rüstəm Orucovla Hidayət Heydərov (hər ikisi 73 kq), eləcə də qadınların mübarizəsində Nuriyyə Axundova, Gülsədəf Kərimova, Xanım Hüseynova (hamısı 63 kq) və Validə Mirzəzadə (70 kq) bürünc medal görüşünə çıxacaqlar. Orucov Laşa Şavdatuaşvili (Gürcüstan) ilə, Heydərov Mikloş Unqvari (Macarıstan) ilə qarşılaşacaq. 
 
Hüseynovanın rəqibi Kərimova olacaq ki, görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycanın aktivinə növbəti medal yazılacaq. Axundova Büsra Katipoğlu (Türkiyə) ilə qarşılaşacaq. Mirzəzadə isə Aleksandra Samarciçlə (Bosniya və Herseqovina) ilə görüşəcək. 
 
Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (60 kq) bürünc medal qazanıb. 
 
 
Kişilər
73 kq
1/16 final. Telman Vəliyev Yeldos Jumakanova (Qazaxıstan) qalib gəlib. 1/8 finalda o, Aleks Vilyam Pombo Silvanı (Braziliya) da mübarizədən kənarlaşdırıb. 1/4 finalda Vəliyev Odbayar Qanbatara (Monqolustan) uduzub. Təsəlliverici görüşdə onun rəqibi Hidayət Heydərov olub. O, 3 şido xəbərdarlığı ilə uduzaraq, 7-ci yerlə kifayətlənib.  
 
1/8 final. Rüstəm Orucov Omari Niazaşviliyə (Gürcüstan) ipponla qalib gəlib. 1/4 finalda onun rəqibi Riki Nakaya (Yaponiya) olub. Orucov uduzaraq, qızıl medal şanslarını itirib. O, təsəlliverici görüşdə Dmitri Kanivetsi (Ukrayna) yenərək, bürünc medal görüşünə vəsiqə qazanıb.
Orucov bürünc medal uğrunda görüşdə gürcü Laşa Şavdatuaşviliyə qalib gəlib 
 
1/8 final. Elvin Mustafayev Dmitri Kanivetsə (Ukrayna) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/8 final. Hidayət Heydərov Xikmatilox Turayevi (Özbəkistan) məğlub edib. 1/4 finalda onun rəqibi Laşa Şavdatuaşvili (Gürcüstan) olub. Heydərov titullu rəqibinə uduzub. O, təsəlliverici görüşdə Hidayət Heydərovu yenərək, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.  
 
81 kq
1/16 final. Rüfət İsmayılov Sünnatulla Əzimova (Özbəkistan) qalib gəlib. 1/8 finalda o, Dorin Qotonoaqanı (Moldova) da yenib. 1/4 finalda rəqib İvaylo İvanov (Bolqarıstan) olub. Bu görüşdə də qalib gələn İsmayılov yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi Kenya Kohara (Yaponiya) olub. O, vaxtından əvvəl ipponla qalib gəlib. Həlledici qarşılaşmada rəqib Səid Mollayi (İran) olub. Bu görüşdən də qalib ayrılan idmançımız qızıl medal qazanıb.  
 
1/16 final. Vüqar Bayramov Georgi Papunaşviliyə (Gürcüstan) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/8 final. Afiq Səfərli Səid Mollayiyə (İran) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/8 final. Tural Hüseynov Uqanbatar Otqonbatara (Monqolustan) uduzaraq, mübarizəni dayandırıb. 
 
Qadınlar
63 kq
1/4 final. Nərgiz Hacıyeva Busra Katipoğluya (Türkiyə) uduzub. 
 
1/4 final. Gülsədəf Kərimova Andreya Leskiyə (Sloveniya) uduzub. Təsəlliverici görüşdə Kərimova Hacıyevanı məğlub edib. Hacıyeva 7-ci yerlə kifayətlənib. Kərimova isə bürünc medal uğrunda mübarizə aparacaq. 
 
1/4 final. Xanım Hüseynova Nuriyyə Axundovaya qalib gələrək, 1/4 finala yüksəlib. Hüseynova yarımfinalda Alis Şlesingerə (Böyük Britaniya) uduzub. O, bürünc medal qarşılaşmasında Kərimova ilə görüşəcək. Bu görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycanın aktivinə növbəti bürünc medal yazılacaq. 
 
70 kq
1/8 final. Aidə Baxışova Aysel İmamverdiyevaya qalib gəlib. İmamverdiyeva mübarizəni dayandırıb. Baxışova isə 1/4 finalda Yuri Alveara (Kolumbiya) uduzub. O, təsəlliverici görüşdə Zere Bektaşiziyə (Qazaxıstan) də yenilərək, 7-ci yerlə kifayətlənib. 
 
1/4 final. Nərgiz İbrahimova Elvismar Rodrigesə (İJF) uduzub. 
 
1/4 final. Validə Mirzəzadə Barbara Matiçə (Xorvatiya) uduzub. Lakin təsəlliverici görüşdə Mirzəzadə İbrahimovanı yenməyi bacarıb. Bürünc medal uğrunda görüşdə onun rəqibi Aleksandra Samarciç (Bosniya və Herseqovina) olacaq.
 
81 kq
 
81 kq çəki dərəcəsində mübarizə aparan qadın cüdoçusu Xanım Hüseynova da bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Azərbaycanın digər idmançısı Gülsədəf Kərimovanı üstələyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right