İranda bir günə 2 medal

İranın Əhvaz şəhərindəki II Beynəlxalq Fəcr Kubokunun ilk yarış günündə Azərbaycanın 2 ağırlıqqaldıranı bürünc medal qazanıb.
Newsport.az-ın məlumatına görə, həmin medallara 56 kq çəki dərəcəsindən mübarizə aparan Ruslan Rzazadə ilə 62 kq çəkidə yarışan Allahyar Abışov sahib olub. 
 
Rzazadə birdən qaldırma hərəkətində 98 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırma hərəkətində 118 kq-ı başı üzərinə qaldıran atlet bu hərəkətdə 4-cü olub. Toplam 216 kq (98+118) nəticə göstərən Rzazadə 2-ci Beynəlxalq Fəcr Kubokunda yekun sıralamada bürünc medala layiq görülüb.
 
Abışov isə birdən qaldırma hərəkətində 120 kq-ı ram edib. Bu hərəkətdə o, bütün rəqiblərini üstələməyi bacarıb. Təkanla qaldırma hərəkətində 142 kq-ı başı üzərinə qaldıran atletimiz nisbətən zəif çıxış edib və bu hərəkətdə 3-cü olub. Toplam 262 kq (120+142) nəticə göstərən Allahyar 2-ci Beynəlxalq Fəcr Kubokunda yekun sıralamada bürünc medala layiq görülüb.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right