"Böyük Dəbilqə"də ilk gün: 19 cüdoçuya 1 medal YENİLƏNİB

Azərbaycan cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə turnirində ilk medalını qazanıb.
 
Newsport.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov bütünc medala sahib olub. O, həlledici qarşılaşmada braziliyalı Erik Takabatakeni üstələyib. Səfərov sona 20 saniyə qalmış rəqibinə ipponla qalib gəlib.
 
Qeyd edək ki, Azərbaycan cüdoçularından Nicat Şıxəlizadə də bürünc medal görüşünə çıxıb. O, israilli Barux Şmaylova uduzaraq, 5-ci yerlə kifayətlənib.
 
------------------------------------------------------
Bakıda keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycanın heç bir cüdoçusu finala yüksələ bilməyib.
 
Sportnet.az-ın məlumatına görə, 8 kişi və 11 qadın cüdoçudan yalnız 2-si bürünc medal uğrunda görüşə çıxacaq. 
 
Bunlar Orxan Səfərovla Nicat Şıxəlizadədir.
 
Kişilər:
 
60 kq
1/8 final. Mehman Sadıqov Toru Şişimeyə (Yaponiya) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/8 final. Oruc Vəlizadə Muxriddin Tilovova (Özbəkistan) uduzaraq, mübarizəni dayandırıb.
 
1/8 final. Natiq Qurbanlı Erik Takabatakeyə (Braziliya) uduzaraq, mübarizəni dayandırıb.
 
1/4 final. Orxan Səfərov Qusman Kirgizbayevə (Qazaxıstan) uduzsa da, təsəlliverici görüşdə Səfərov Bayaman Saginbay Uluya qalib gəlib. Bürünc medal uğrunda qarşılaşmada o, Erik Takabatake (Braziliya) ilə üz-üzə gələcək.  
 
66 kq
1/8 finalda Nicat Şıxəlizadə Xojiakbar Olimovu (Özbəkistan), 1/4 finalda Laşa Qvinaşvilini (Gürcüstan) üstələsə də, yarımfinalda Tomofumi Takajoya (Yaponiya) uduzub. Bürünc medal uğrunda görüşdə Şıxəlizadə Barux Şmaylovla (İsrail) üz-üzə gələcək. 
 
1/8 final. Emil Həsənov Xerlen Qanbolda (Monqolustan) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/8 final. Vüqar Şirinli Alireza Xojastehə (İran) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/8 final. İlkin Babazadə Barux Şmaylova (İsrail) uduzaraq, mübarizəni dayandırıb. 
 
Qadınlar:
 
48 kq
1/8 finalda Leyla Əliyeva Şəfəq Həmidovanı yensə də, 1/4 finalda Milika Nikoliçə (Serbiya), təsəlliverici görüşdə Noa Minskerə (İsrail) uduzaraq, 7-ci yerlə kifayətlənib. 
 
1/8 final. Şəfəq Məmmədova Aleksandra Popa (Rumıniya) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/8 final. Aişə Qurbanlı Stefannie Arissa Koyamaya (Braziliya) uduzaraq, mübarizəni dayandırıb. 
 
52 kq
1/8 final. Gülşən Nəzərova Anya Stanqara (Sloveniya) uduzaraq, mübarizəni dayandırıb.
 
1/8 final. Gültac Məmmədəliyeva Aqata Perençə (Polşa) qalib gəlsə də, 1/4 finalda Reka Puppa (Macarıstan), təsəlliverici görüşdə Anya Stanqara (Sloveniya) uduzaraq, 7-ci yerlə kifayətlənib. 
 
1/8 final. Nəzakət Əzizova Sara Menezesə (Braziliya) uduzaraq, mübarizəni dayandırıb. 
 
57 kq
1/8 final. Günel Bəkirzadə Gilmara Prudensioya (Braziliya) uduzaraq, mübarizəni dayandırıb.
 
1/8 finalda Leyla Şahin Anna Kazyulinanı (Qazaxıstan) yensə də, 1/4 finalda Sevara Nişanbayevaya (Qazaxıstan), təsəlliverici görüşdə Gilmara Prudensioya (Braziliya) yenilərək, 7-ci yerlə kifayətlənib. 
  
1/8 final. Səkinə Zayirova Kaya Kayzerə (Sloveniya) uduzaraq, mübarizəni dayandırıb. 
 
1/8 final. Şahanə Alməmmədova Culiya Kovalçuka (Polşa) yenilərək, mübarizəni dayandırıb.a

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right