Vehbi Emre və Hamit Kaplanın xatirə turnirində ilk gün 1 bürünc medal

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb. 

Newsport.az-ın məlumatına görəAzərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ilk günündə 59, 71, 80 və 98 kq çəkidə pəhləvanlar mübarizə aparıb.

Güləşçilərimiz gərgin keçən ilk yarış gününü 1 bürünc medalla başa vurub. 59 kq-da mübarizə aparan Murad Məmmədov fəxri kürsünün 3-cü pilləsində yer alıb. 

Ruhin Mikayılov (71 kq) və Orxan Nuriyev (98 kq) isə turniri 5-ci sırada tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right