Gənc sərbəst güləşçilərimiz Yakutskdan 1 gümüş və 1 bürünc medalla qayıdır

Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçirilib. 

Newsport.az-ın məlumatına görə, yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan gənc güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurub. 

Yalnız final görüşündə uduzan Asxab Həmzətov (96 kq) gümüş medalla kifayətlənib. 74 kq-da yarışan Abubakr Abakarov isə turnirin bürünc medalına sahib olub. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right