İslamiadanın formaları təqdim olundu FOTOLAR

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib.
 
Newsport.az-ın məlumatına görə, formaların dizaynı Oyunların Əməliyyat Komitəsinin Brend şöbəsi tərəfindən hazırlanıb. 
 
Peşəkar dizaynerlər komandasının təqdim etdiyi fərqli görünüşlərə malik formalar texniki rəsmilər, işçi heyəti və podratçılar olmaqla, müxtəlif işçi qrupları üçün nəzərdə tutulub.
 
Oyunların Könüllüləri və işçi heyəti üçün hazırlanmış formalar da eyni dizayna və görünüşə malikdir.
Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bildirib ki, artıq formaların istehsalına başlanılıb: "Formalar bütün Oyunların önəmli atributu sayılır və burada bizim üçün əsas şərtlərdən biri bu geyimlər vasitəsilə Oyunların ab-havasını ictimaiyyətə çatdırmaqdır. Bu formaları öz üzərində daşıyacaq hər kəs Oyunların bir hissəsi olmaqla bərabər sülh, hörmət, bərabərlik və mükəmməllik mesajını da dünyaya çatdırmış olacaq".
 
Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı 2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.
Brendin əsas naxış elementi olan xalça, simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək, ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.
 
İslamı özündə təcəssüm etdirən, eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünəməxsus ahəngdarlığı ilə yer alıb.
 
Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.
 
İslamiadanın formaları təqdim olundu -  FOTOLAR

Xəbər lenti

Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right