Sərbəst və qadın güləşçilərimiz Kiyevdə sınaqdan keçiriləcək

3-4 mart 2017-ci il tarixdə Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir keçiriləcək. 

Newsport.az-ın məlumatına görə, Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edəcək. 

Xəbər verdiyimiz kimi, qadın güləşi üzrə yığma komandamızın üzvləri Kiyevdə Ukrayna, ABŞ, İsrail və Litva yığmaları ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında hazırlıqları davam etdirən yığmamızın üzvləri turnirdə sınaqdan keçiriləcək. 

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 9 güləşçimiz Kiyevdə mübarizə aparacaq. Turnirdə ölkəmizi Pərviz İbrahimov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Teymur Məmmədov, Məhəmməd Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 65 kq), Hacımurad Ömərov (70 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Umar İsrailov (125 kq) təmsil edəcək. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək. 

Proqrama əsasən, martın 3-də sərbəst güləş üzrə 57, 65, 74, 97 kq, qadın güləşi üzrə 48, 55, 60, 69 kq çəkidə idmançılar, martın 4-də isə  61, 70, 86 və 125 kq-da sərbəst, 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər yarışacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right