Gənc sərbəst güləşçilərimiz Olimpiya çempionunun xatirə turnirində yarışacaq

4-5 mart 2017-ci il tarixdə Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçiriləcək. 

Newsport.az-ın məlumatına görə, Turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyein rəhbərliyi altında turnirə Şahin Muxtarov (50 kq), İntiqam Vəlizadə (55 kq), Rəşad Yusifli, Abubakr Abakarov (hər ikisi 74 kq) və Asxab Həmzətov (96 kq) yollanacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edəcək. 

Turnirin proqramına əsasən, martın 4-də 50, 60, 74 və 96 kq, martın 5-də isə 55, 66, 84 və 120 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right