Azərbaycan klubları ÇL-lə vidalaşdı

Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" komandaları bu gün Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin son oyunlarını keçiriblər.
Newsport.az-ın məlumatına görə, saat 17:00-da "rabitəçilər" Bakıda azarkeşlər önünə çıxıb. 
 
A qrupunda yer alan komandanın rəqibi İtaliya "Konelyano"su olub. İspaniyalı Mario Bernaola və serbiyalı Mirko Yankoviçin idarə edəcəyi qarşılaşma "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılıb. 5 turdan sonra xalsız olan "Telekom" formal xarakter daşıyan son matçında da uduzub. 
 
Növbəti mərhələ şanslarını saxlayan "Azərreyl"ə isə Polşada "Dabrova Qorniça"nın qonağı olub. Bakı vaxtı ilə saat 21:00-da başlayan qarşılaşmanın hakimləri rusiyalı Nadejda Kozlova və estoniyalı Tomas Murulo olublar. 5 turdan sonra 9 xalla 2-ci pillədə qərarlaşan Famil Ağayevin komandası "pley-off"a vəsiqə əldə etmək üçün mütləq qalib gəlməli idi. Özü də quru hesablı qələbə "pley-off"a vəsiqəyə ümid verirdi. Ancaq "Azərreyl" üçün çətinliklə əldə etdiyi səfər qələbəsi daha çox təsəli xarakteri daşıyıb. 
 
 
28 fevral 
 
17:00 "Telekom" (Azərbaycan) - "Konelyano" (İtaliya) - 0:3 (13:25, 9:25, 16:25)
Hakimlər: Mario Bernaola (İspaniyalı) və Mirko Yankoviç (Serbiya)
Bakı. "Sərhədçi" İdman Olimpiya Mərkəzi
Xal durumu: 1. "Modena" (İtaliya) - 12, "Konelyano" (İtaliya) - 12, "Ximki" (Polşa) - 9, "Telekom" (Azərbaycan) - 0.
 
21:00 "Dabrova Qorniça" (Polşa) - "Azərreyl" (Azərbaycan) - 2:3 (24:26, 25:16, 22:25, 25:18, 10:15)
Hakimlər: Nadejda Kozlova (Rusiya) və Tomas Murulo (Estoniya)
Dabrova Qorniça. "Sentrum"
 
Xal durumu: "Fənərbağça" (Türkiyə) - 15, "Azərreyl" (Azərbaycan) - 11, "Dabrova Qorniça" (Polşa) - 7, "Sen-Rafael" (Fransa) - 0.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right