Yeniyetmə cüdoçularımız Avropa kubokunda 5 medal qazandılar

İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokuna start verilib. Yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. 

Newsport.az xəbər verir ki, cüdoçularımız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medallarına sahib olublar. Knyaz Mahmudlu (66 kq) gümüş, Nazir Talıbov isə Avropa kubokunun bürünc medalına yiyələniblər.

Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right