Rövnəq Abdullayev cüdoçumuzu mükafatlandırdı FOTOLAR

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirini izləyib.
Newsport.az-ın məlumatına görə, ACF prezidenti 73 kq çəki dərəcəsi üzrə mükafatlandırma mərasimində iştirak edib. 
 
O, Azərbaycan təmsilçisi Hidayət Heydərova bürünc medal təqdim edərək, böyüklərin yarışında ilk böyük nailiyyəti münasibətilə təbrik edib, bütün mükafatçılarla xatirə şəkli çəkdirib. 
 
Qeyd edək ki, "Böyük Dəbilqə" turnirində 73 kq çəkidə bürünc medal görüşündə iki azərbaycanlı cüdoçu üz-üzə gəlib. 23 yaşadək cüdoçular arasında Avropa çempionu Hidayət Heydərov böyüklər arasında Avropa çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovu "qızıl xal"la yenərək, fəxri kürsüyə yüksəlib. Yarışın ilk günündə Azərbaycan yığmasına daha 2 bürünc medalı Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) qazandırıb. 
 
Rövnəq Abdullayev cüdoçumuzu mükafatlandırdı - YENİLƏNDİ - FOTOLAR
Rövnəq Abdullayev cüdoçumuzu mükafatlandırdı - YENİLƏNDİ - FOTOLAR
Rövnəq Abdullayev cüdoçumuzu mükafatlandırdı - YENİLƏNDİ - FOTOLAR
Rövnəq Abdullayev cüdoçumuzu mükafatlandırdı - YENİLƏNDİ - FOTOLAR

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right